MİNDƏN ÇOX YAŞI OLAN İNCİL NYU-YORKDA HƏRRACDA 38,1 MİLYON DOLLARA SATILIB

Mindən çox yaşı olan İncil Nyu-Yorkda “Sotheby’s” hərracında 38,1 milyon dollara satılıb.

Bu barədə “Sotheby’s” ticarət evinin “Twitter” səhifəsində bildirilib.

“Ən qədim və ən tam ivrit dilində İncil ayrıca tarixi hərracda satılıb”, – deyə paylaşımda deyilir.

KİV-lərinə məlumatına görə, sözügedən İncilin 1,1 min yaşı var.