MİNAYA DÜŞƏN ANAMA ƏMƏKDAŞININ VƏZİYYƏTİ AÇIQLANIB

Cəbrayılda minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının vəziyyəti açıqlanıb.

Agentliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

“Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hal-hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda deyilir.