MİNATƏMİZLƏMƏ AGENTLİYİNİN NİZAMNAMƏ FONDUNUN MƏBLƏĞİ ARTIRILIB – FƏRMAN

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nizamnamə fondunun məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Agentliyin nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik) müəyyənləşib.

Daha əvvəl Agentliyin ilkin nizamnə fondu 100 000 (yüz min) manat olub.