Mina xəritələrini gizlətmək, verməmək cılız, mənasız və hüquqdan uzaq yanaşmadır.
Bunu ADA Universitetində “44 Günlük Zəfər Yolu” adlı konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, bu yanaşmanın heç bir faydası yoxdu: “Cənab prezident danışıqlarda maraqlı olduğunu, sülh müqaviləsinin labüdlüyünü qeyd edib. Qonşulara qarşı təcavüz siyasəti, ərazi iddiaları və düşmənçilik . Bizim təklifimiz qonşulara hörmətlə yanaşmaq və qarşılığını görmək, özlərini dalandan çıxarmaq və normal münasibət quraraq inkişaf etdirməkdir. Təbii ki, biz Azərbaycan olaraq yalnız niyyətimizi ortaya qoya, çağırış edə bilərik. Lakin qərarı Ermənistan elitası verəcək.
Azərbaycan dövləti hər zaman sözünün sahibi olub. Ona qarşı müsbət addımların cavabını ikiqat, üçqat verib.Niyyətimiz sülh münasibətlərinin formalaşmasıdır”.