MİLLİ PUL NİŞANLARININ REPRODUKSİYASINI TƏNZİMLƏYƏN YENİ QAYDALAR TƏSDİQLƏNİB

Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, ölkədə nağd pul tədavülünün effektiv və çevik idarə edilməsi çərçivəsində Mərkəzi Bankın əsas hədəflərdən biri milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsidir. Bu istiqamətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 25 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” noyabrın 3-dən qüvvəyə minib.

Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.

Qayda ilə https://e-qanun.az/framework/55501 linki vasitəsilə tanış olmaq olar.