MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNİN RƏHBƏR HEYƏTİ GÜRCÜSTANDA ELMİ-PRAKTİK KONFRANSDA İŞTİRAK EDİB

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qori şəhərində “NATO prioritetləri və Cənubi Qafqaz – status-kvo və dəyişikliklər” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin “İkinci Qarabağ Müharibəsinin hərbi aspektləri” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.