MİLLİ MƏCLİSİN MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNİN MƏLUMATİ

Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında  Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına  baxılacaq. İclasda bununla yanaşı, Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq. Plenar iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında,Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında,Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə,“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.