MİLLİ MƏCLİSİN İCLASININ GÜNDƏLİYİNƏ DƏYİŞİKLİK EDİLİB

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə ediləcəyi iclasın gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi də daxil edilib.
Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.