MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN 2022-Cİ İLDƏKİ FƏALİYYƏTİ HAQQINDA HESABATI DİNLƏNİLİR

Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilir.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.