MİLLİ MƏCLİS TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA XÜSUSİ TƏYİNATLILARLA BAĞLI SƏNƏDİ MÜZAKİRƏ EDƏCƏK

Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılır.

Bununla bağlı sənəd parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.

Toplantıda, həmçinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı və komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunacaq.