
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.
Spiker Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya gələcək fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb.
Deputatlar təbriklərə qoşularaq əl çalıblar.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya Milli Məclis tərəfindən təbrik məktubu ünvanlanacaq.