MİLLİ MƏCLİS PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANI NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar təklifi alqışlarla təsdiqləyiblər.