MİLLİ MƏCLİS MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVİ VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANI TƏBRİK EDİB

Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından 28 may – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.