MİLLİ MƏCLİS MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Milli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında çıxış edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.