Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edilib.
Bəyanatda qeyd edilir ki, Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri pozur.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi Fransa hökumətinin həm ikitərəfli, həm çoxtərəfli öhdəliklərindən irəli gəlir.
Bu qətnamə Fransanın Ermənistanı müdafəsini və Azərbaycana qarşı diskriminasiya etdiyini açıq göstərir.