MİLLİ KİTABXANADA “TÜRKİYƏ CÜMHURİYYƏTİ 100” ADLI VİRTUAL SƏRGİ HAZIRLANIB

Milli Kitabxananın əməkdaşları tərəfindən “Türkiyə Cümhuriyyəti 100” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Türkiyə Cümhuriyyəti ilə bağlı fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Türkiyənin dövlət siyasətini, ölkələrimizin mədəni əməkdaşlığını, diplomatik əlaqələrini, qardaş ölkənin mədəniyyətini və incəsənətini əks etdirən kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluşunun 100 ili tamam olur.