MİLLİ KİTABXANADA “BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ” ADLI VİRTUAL SƏRGİ VƏ EYNİADLI ƏNƏNƏVİ KİTAB SƏRGİSİ İSTİFADƏÇİLƏRƏ TƏQDİM OLUNUB

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.

Milli Kitabxanadan bildirilib ki, bu günlə əlaqədar olaraq “18 may – Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Ənənəvi sərgidə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş etdirilir.