MİLLİ KİTABXANA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ VİRTUAL SƏRGİ TƏQDİM EDİB

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər 

http://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu tarixi uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir.

Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.