
Azərbaycan hamımızın Vətənidir. Bu Vətənin sevinci də, kədəri də bizimdir. Biz sevincli günündə də, kədərli günündə də onun yanındayıq.
Bunu yanvarın 11-də Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda yanvarın 11-də keçirilən konfransda deyib.
Ölkədə fəaliyyət göstərən dini icmaların Vətən müharibəsində də həmrəy olduqlarını bildirən M.Yevdayev Azərbaycanın Zəfəri ilə şərə, böhtana, erməni xislətinə qalib gəldiyini vurğulayıb.
O, dağ yəhudilərinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində də dövlətimizin başçısı, Qarabağın fatehi Prezident İlham Əliyevin yanında olacaqlarını diqqətə çatdırıb: “Dağ yəhudiləri seçkilərdə Prezidentimizə öz dəstəyini göstərəcək”.