MİKAYIL CABBAROV: İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ MİNLƏRLƏ İŞ YERİ AÇILIB

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb və bunların böyük bir hissəsi özəl sektora aiddir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, həm nazirliyin, həm də bütünlükdə ölkənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır.