
2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, hazırda ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil kassa quraşdırılıb.