MİKAYIL CABBAROV: AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACINDA TARİXİ GÖSTƏRİCİ QEYDƏ ALINIB

Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir.