
MİDA-nın layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, kompleksin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə Elektron hökumət portalı üzərindən Güzəştli mənzil sistemi vasitəsilə satışı prosesi keçirilib.
Satış müddətində seçilmiş bir mənzilin həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilməsi təmin olunub.


