METROPOLİTEN SENTYABRIN 15-DƏN YENİ İŞ QRAFİKİNƏ KEÇİR

Metropolitendə sentyabrın 15-dən qış qrafikinə keçid olacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. Onun sözlərinə görə, qatarların sayı artırılmaqla interval azaldılaraq. “Həzi Aslanov-28 May” sahəsində interval 2-2,5 dəqiqəyə endiriləcək. “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahəsində isə qatarlar arasında interval, müvafiq olaraq, 4-5 dəqiqə təşkil edəcək.

H.Məmmədov əlavə edib ki, “8 Noyabr” istiqamətində qatarlar 8, “Xocasən” stansiyasında isə 16 dəqiqə intervalla hərəkət edəcək.