METRONUN “NƏSİMİ” STANSİYASININ XİDMƏTİ OTAĞINDA YANĞIN BAŞ VERİB

Bakı metrosunun “Nəsimi” stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, alışmanın qarşısı dərhal alınıb.

Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.