METRONUN “20 YANVAR” STANSİYASINDA ŞƏHİDLƏRİN XATİRƏSİ YAD EDİLƏCƏK

Bakı metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planını açıqlayıb.

Qurumdan verilən məlumata görə, sabah saat 12:00-da metropolitendə şəhidlərin xatirəsinə sükut dəqiqəsi “20 Yanvar” stansiyasında olacaq.

“Qatarlardan fit veriləcək. O gecə iş başında olmuş və hazırda metropolitendə çalışan 3 maşinist də stansiyada olacaq” – məlumatda deyilir.