METRODA SIXLIQ YARANDI

Paytaxt metrosunda sərnişin sıxlığı müşahidə olunur.

Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, bu gün qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil edilib.

Hazırda metronun bir sıra stansiyalarında, xüsusilə “20 Yanvar”, “İnşaatçılar”, “28 May” və “Koroğlu”da sərnişin axınının artdığı, platforma və keçidlərdə sıxlığın yarandığı müşahidə edilir.

Qeyd edək ki, ötən gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.