MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-YƏ YENİ SƏDR TƏYİN EDİLDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.