MEKSİKANIN AZƏRBAYCANDAKI SƏFİRİ ŞAMAXIDA OLUB

Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores Şamaxıya səfər edib.

İcra başçısı Tahir Məmmədovla görüşdə Şamaxının tarixi, sosial-iqtisadi inkişafı, ictimai-mədəni həyatı barədə, eləcə də Azərbaycan–Meksika əlaqələrindən danışılıb.

Səfər çərçivəsində səfir Şamaxıda Kələxana türbələr kompleksi və Şahxəndan türbəsində olub. Qonağa abidələrin tarixi haqqında geniş məlumat verilib.