MEKSİKADA QATAR KÖRPÜSÜ ÇÖKÜB – ONLARLA ÖLÜ VƏ YARALI VAR

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 20 nəfər həlak olub.

Bu barədə Mexiko şəhərinin meri Klaudiya Şeynbaum deyib.

Onun sözlərinə görə, 49 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 7 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Mexiko metrosunda yanvar ayında da ciddi qəza baş vermişdi. Həmin hadisə nəticəsində 1 nəfər həlak olmuş, 29 nəfər xəsarət almışdı. Qəzadan sonra Mexiko metrosu 3 gün fəaliyyətini dayandırmışdı.