MEHMANXANALARA ULDUZ VERİLMƏSİ ÜÇÜN ZƏRURİ OLAN TƏLƏBLƏR MƏLUM OLUB

Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı zəruri olan tələblər açıqlanıb.

Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.

Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.

Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.