MEDİA VƏ JURNALİSTİKANIN İNKİŞAFI AZƏRBAYCAN İLƏ Aİ ARASINDA ƏMƏKDAŞLIQ İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR

Media və jurnalistikanın inkişafı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biridir.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

O bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir. Avropa İttifaqı plüralizmi və mətbuat azadlığını dəstəkləyir.