“MEDİA HAQQINDA” YENİ QANUN LAYİHƏSİ MİLLİ MƏCLİSİN PLENAR İCLASINA TÖVSİYƏ EDİLİB

“Media haqqında” yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdə komitə rəhbərləri, media qrumlarının rəhbərləri və digər qonaqlar iştirak edib. İştirakçılar çıxışlarında qanun layihəsi ilə bağlı təklif və rəylərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.