MDB ÖLKƏLƏRİNİN SƏRHƏD QOŞUNLARININ KOMANDANLARI ŞURASININ BAKIDA KEÇİRİLƏN İCLASININ YEKUNLARI ÜZRƏ 19 SƏNƏD İMZALANIB

MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə Şuranın gələcək fəaliyyətini tənzimləyən 19 sənəd imzalanıb.

Bunu jurnalistlərə Sərhəd Qoşunlarının Komandanları Şurasının sədr müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov deyib.

“Əsas diqqət MDB-nin xarici sərhədlərində formalaşan şərait məsələsinə yönəlib”, – o deyib.

Qeyd edək ki, bu gün Bakıda MDB-yə üzv ölkələrin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilib.

İclas iştirakçıları MDB-yə üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyəti, MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 87-ci iclasının təşkili məsələsini və gündəlik layihəsini müzakirə ediblər. Həmçinin tədbirin gündəliyinə əsasən digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.