
Dekabrın 28-də MDB-nin mənzil-qərargahında “Müstəqil Dövlətlər Birliyinin dövlətlərində əmək miqrantlarının sənədlərinin qarşılıqlı tanınmasının təmin edilməsi haqqında” model sazişinin layihəsinin hazırlanması üzrə İşçi qrupunun iclası keçirilib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ekspertlər sənədin adını dəyişdirərək, onun “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə əmək miqrantlarının sənədlərinin qarşılıqlı tanınmasının təmin edilməsi haqqında Model sazişi” redaksiyasında verilməsini razılaşdırıblar.
Bundan əlavə, model sazişin layihəsinə irad və təklifləri nəzərdən keçirərək, iclas iştirakçıları mətnə bir sıra əlavə və düzəlişlər edib, terminologiyanın və onun digər müddəalarının əlavə tədqiq edilməsinin zəruriliyindən danışıblar.
İşçi qrupunun növbəti iclasının 2024-cü ilin mart ayında keçirilməsi qərara alınıb.