MAYIN 1-DƏN BİRİNCİ SİNİFLƏRƏ QƏBUL PROSESİNƏ BAŞLANILIR

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib. O bildirib ki, proses sentyabrın 13-dək davam edəcək.

Agentliyin direktoru deyib: “Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq”