MAY AYINDAN VARŞAVA-BAKI AVİAREYSLƏRİ AÇILACAQ

May ayından Varşava-Bakı arasında yenidən aviareyslər təşkil ediləcək.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Polşa arasında əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.