
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm proseslərə təkan verib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Bu formatda 2020-ci ildən başlayaraq kommunikasiyanın açılması, Ermənistan-Azərbaycan sərhədlərinin demilitasiyası, sülh sazişinin hazırlanması, habelə, ictimai, ekspert və parlament dairələri nümayəndələri arasında əlaqələrin yoluna qoyulması istiqamətində mühüm proseslərə təkan verilib”, – o deyib.