MARİYA ZAXAROVA: RUSİYA YEREVANLA BAKI ARASINDA SÜLH MÜQAVİLƏSİNİN BAĞLANMASINA TÖHFƏ VERMƏYƏ HAZIRDIR

Rəsmi Moskva Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bakının təklif etdiyi “Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün zəmin kimi xidmət etməlidir”.

“Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək əzmindədir”, – deyə M.Zaxarova bildirib.