Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın azad edilmiş ərazilərinin minalanmış sahələrinin xəritələrinin təhvil verilməsi probleminin həllini vacib hesab edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya humanitar problemləri, xüsusilə də minalardan təmizlənmə və mina xəritələrinin verilməsi problemini həll etməyi zəruri hesab edir.