MARİYA ZAXAROVA: RUSİYA AZƏRBAYCANLA ERMƏNİSTANIN SÜLH SAZİŞİNİN TƏRTİB EDİLMƏSİNƏ BAŞLAMAĞA HAZIR OLMALARINI ALQIŞLAYIR

Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin tərtib olunmasına başlamağa hazır olmalarını alqışlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Biz danışıqlar prosesinə hərtərəfli yardım göstərməyə hazır olduğumuzu təsdiq edirik. Sülh sazişinin tamamlanması və imzalanması müddətlərinə gəldikdə, hesab edirəm ki, bu barədə danışmaq hələ tezdir”, – M.Zaxarova deyib.