MARİYA ZAXAROVA: RUSİYA AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASINDA HEÇ KİMİN OLMADIĞI QƏDƏR MARAQLIDIR

Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında heç kimin olmadığı qədər maraqlıdır və imkan verə bilməz ki, ayrı-ayrı xarici oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpası üzrə onsuz da olmayan səylərə əngəl törətsin. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.”Bundan sonra da üç ölkə liderlərinin bəyanatlarında qeydə alınmış öhdəlik və tapşırıqların qeyd-şərtsiz icrası üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – deyə o bildirib.