MARİYA ZAXAROVA: OLİMPİYA OYUNLARININ AÇILIŞINDA FRANSA ÖZ SİMASINI DEYİL, “NƏSƏ BAŞQA BİR ŞEY” GÖSTƏRDİ

Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransa öz simasını deyil, “nəsə başqa bir şey” göstərdi.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında paylaşım edib. O, Fransa Prezidenti Emmanuel Makronun açılışda ölkənin “əsl simasını” nümayiş etdirməsi ilə bağlı sözlərinə belə reaksiya verib.

Zaxarova yazıb: “Çoxları bunun başqa bir şey, bədənin bəzi digər hissələri olduğunu düşünürdü. Lakin Makron Fransanın indi belə bir sifətə sahib olmasında israr etdiyinə görə, o, əlbəttə ki, daha yaxşı bilir”.

Parisdə Olimpiya Oyunlarının açılışı iyulun 26-da baş tutub. Bu hadisə cəmiyyətin və dini liderlərin hiddətinə səbəb olub. Qalmaqala səbəb Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası olub; burada transvestitlər və yunan şərab tanrısı Dionis qiyafəsində çılpaq müğənni iştirak edib. Olimpiadanın təşkilat komitəsi tənqidlərə cavab olaraq üzr istəyib və bu kompozisiyanın heç bir dini qrupu təhqir etmək niyyəti daşımadığını vurğulayıb.

Bundan əvvəl Zaxarova Oyunların açılış mərasimini “mənəvi çökmə” adlandırmışdı. ABŞ-ın sabiq Prezidenti Donald Tramp da onu biabırçı hesab edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin mərasimi əxlaqsızlıq adlandırıb.