
Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu az olmayıb. “Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”, – deyə Rusiyanın XİN sözüçüsü bildirib.
