MARİYA ZAXAROVA: BİZ CƏNUBİ QAFQAZDA KONKRET NƏQLİYYAT LAYİHƏLƏRİNİN İŞƏ SALINMASINA DOĞRU ADDIMLAYIRIQ

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə razılığa gəldiyi kimi, konkret nəqliyyat layihələrinin işə salınmasına doğru addımlayırıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Brüssel görüşünün yekununda səsləndirilən təşəbbüslər bu ilin 26 noyabr tarixli üçtərəfli razılaşmaları inkişaf etdirir. Bu təşəbbüslərin predmet müzakirələri baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupunun xətti ilə davam edir. Bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat, iqtisadi əlaqələrin, o cümlədən dəmiryol və avtomobil əlaqəsinin açılması məsələləri nəzərdən keçirilir”, – deyə o bildirib.