
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidindən 65-ə qaldırılıb.