
İyulun 13-ü saat 11:00-a olan məlumata əsasən, 15 min 350 bakalavr (Azərbaycan bölməsi üzrə 14143, rus bölməsi üzrə 1207) öz ərizəsini təsdiq edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək elektron ixtisaslaşma seçimi ərizəsində ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.
