MAGİSTRATURAYA QƏBUL İMTAHANININ İKİNCİ CƏHDİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 16 MİN 682 NƏFƏR QEYDİYYATDAN KEÇİB

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 16 min 682 bakalavr (Azərbaycan bölməsi – 15565; rus bölməsi – 1117) ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Məlumat verilib. Bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.

Ərizə qəbulu aprelin 8-i saat 23:59-dək davam edəcək.