MACARISTAN VƏ ERMƏNİSTAN MÜNASİBƏTLƏRİN BƏRPASI YOLUNDADIR

Macarıstan Xarici İşlər Nazirliyinin başçısı Peter Siyarto Ermənistan ilə münasibətlərin bərpası məqsədilə bu ölkəyə rəsmi səfər edib.

Macarıstan KİV-ləri xəbər verir ki, nazir İrəvanda erməni həmkarı Ararat Mirzoyan və baş nazir Nikol Paşinyan ilə görüşəcək.

Görüşlərin əsas mövzusu Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın təqsiri ucbatından yaranan on illik fasilədən sonra ölkələr arasında ticarət və siyasət münasibətlərini bərpa etmək imkanı olacaq.