İngilis dilində nəşr olunan nüfuzlu “Daily News Hungary” nəşri Macarıstanın MOL Dövlət Enerji Konserninin Azərbaycanda qaz yataqlarının işlənməsinə dair SOCAR, BP, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri ilə bağladığı Sazişdən bəhs edən məqalə dərc edib.
Nəşr MOL-un “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı payına görə SOCAR və BP-dən sonra üçüncü ən böyük səhmdar olduğunu vurğulayır.
Konsern rəhbərliyinin sözlərinə görə, əvvəlki Sazişə dəyişiklik ediləcək və tərəflərə AÇG-dən qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasil edilməsi imkanı yaradılacaq. Yataqda qaz ehtiyatları əhəmiyyətli hesab olunur və təxminən 112 milyard kubmetr təşkil edir.
Qeyd olunur ki, 2025-ci ildə dərinlikdə yerləşən “Azəri-Çıraq-Günəşli” yatağından ilk qazın alınacağı gözlənilir.
Bakıda “MOL Hungarian Oil and Gas” şirkətinin Direktorlar Şurasının sədri Jolt Hernadi və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Şamaxı-Qobustan hissəsində kəşfiyyat, işlənmə və hasilat haqqında” Memorandum imzalayıblar.
Nəşr vurğulayır ki, “MOL Group” AÇG-də 9,57 faiz, Bakı-Tbilisi-Ceyhan neft kəmərində isə 8,9 faiz paya malikdir.